• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ACCESSIBILITY

“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir

Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı Birlikdə Quraq!” adlı ölkədaxili müsabiqə təşkil olunur. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.

 

Müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir.

 

Müsabiqə onlayn formatda “Minecraft” təhsil platforması üzərindən həyata keçirilir. “Virtual məktəb” hesabı olan hər bir şagird müsabiqəyə qoşularaq “Minecraft” təhsil platformasının geniş imkanlarından faydalana bilər.

 

Müsabiqənin şərtlərinə əsasən, şagirdlər ilk növbədə Qarabağın tarixi və mədəniyyəti ilə bağlı araşdırma aparıb, bu araşdırma əsasında işğal zamanı dağıdılmış tarixin və mədəniyyətin bərpası ilə bağlı öz “Minecraft” dünyasını hazırlamalıdırlar. Daha sonra yaradılmış  dünyanın video çəkilişini aparıb, aşağıdakı link vasitəsi ilə müsabiqəyə təqdim etməlidirlər: https://forms.office.com/r/p2zw2GPwmz

 

Qeyd edək ki, müsabiqəyə işlərin qəbulu 1-30 noyabr tarixlərində həyata keçiriləcək. Müsabiqə ilə bağlı ətraflı məlumat əldə etmək istəyən şagirdlər 3 noyabr saat 17:00 tarixində keçiriləcək onlayn seminara qoşula bilərlər (Keçid: http://shorturl.at/jxyJY)

 


02.11.2021 - 12:02