• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ACCESSIBILITY

Kotirovka sorğusu barədə elan

Təhsil Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blank, qovluq, dərkənar və qeyd kitablarının çapı işlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (051) 201-29-71 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.   Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 21.01.2021-ci il tarixdə, saat 15:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Satınalma müqaviləsinin bağlanmasına dair bildiriş

Təhsil Nazirliyinin aparatı üçün dəftərxana, təsərrüfat ləvazimatları və müxtəlif kartriclərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.   Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Epsilon Servis” MMC qalib elan edilib və həmin təşkilat ilə 5 oktyabr 2021-ci il tarixində satınalma müqaviləsi bağlanıb.

Tender nəticəsi barədə elan

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş təkliflər sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.   Təkliflər sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “STONE CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

“2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin elanı

“Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi aşağıda göstərilən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edir

Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elan

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa  əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası:   1. Namizədlərə dair tələblər: - İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər; - hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər; - İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.   Namizədlərin qeydiyyatı: Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti. Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.   2. Seçicilərə dair tələblər: - İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər; - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər; - Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.   Seçicilərin qeydiyyatı Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət; 2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.   3.  Sənədlərin qəbulu və baxılması  Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilə bilər. Sənədlər shura@edu.gov.az poçt ünvanına göndərilməlidir. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.

Tender nəticələri barədə bildiriş

Təhsil Nazirliyi tərəfindən 23 iyul 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən, nəticələri:   - “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb;   - “Məktəb fəaliyyətinin təşkili və planlaşdırma üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi Odlar Yurdu Universiteti olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb;   - “Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Psixologiya Elmi Tədqiqat İnstitutu” MMC olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.

Koreya Respublikasında 2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir