• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ACCESSIBILITY

Ümumi məlumat

Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir.

Qanunvericilik

Ümumi təhsil sahəsi üzrə fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının digər qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməyə, Təhsil Nazirliyinin əmr, sərəncam və kollegiya qərarlarına və digər normativ sənədlərin tələblərinə uyğun olaraq qurulur

Məqsəd

Ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir:

 

•    Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən;
•    Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə və ümumbəşəri dəyərlərə, insan hüquqları və azadlıqlarına hörmət edən;
•    Azərbaycançılıq ideyalarına sadiq olan;
•    sərbəst qərarlar qəbul etməyi bacaran;

•    Müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə,yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək;
•    təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
 

Statistika

 

 

 

 

Tədris dili

Ölkədə 1 503 754  şagird dövlət dilində - Azərbaycan dilində təhsil alır. 4073 (91,96%) məktəbdə tədris yalnız Azərbaycan, 17 (0,38%) məktəbdə rus, 6 (0,14%) məktəbdə gürcü dillərində aparılır. Digər dillərdə (ingilis, türk, fransız) təhsil alan şagirdlər 0,2 faiz təşkil edir. 305 (7%) məktəbdə tədris Azərbaycan-rus, 12 (0,7%) məktəbdə Azərbaycan-rus-ingilis, 3 (0,07%) məktəbdə Azərbaycan-gürcü, 1 (0,02%) məktəbdə Azərbaycan-rus-gürcü dilləri üzrə aparılır.

 

Azərbaycan Respublikasında azsaylı xalqların dillərinin öyrənilməsi təmin olunur. Belə ki, ölkə üzrə bir sıra bölgələrin ümumtəhsil məktəblərində ləzgi, talış, ivrit, avar, saxur, udin, kürd, xınalıq dilləri tədris olunur. Ləzgi dili 95 məktəbdə, talış dili 254 məktəbdə, avar dili 19 məktəbdə, saxur dili 3 məktəbdə, udin dili üç məktəbdə, kürd, xınalıq və ivrit dili isə hərəsi 1 məktəbdə tədris edilir. Ümumilikdə milli azlıqlara mənsub 29 942  şagird öz ana dilini öyrənir.

Attestasiya

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələrini bitirən şəxslərə ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat verilir. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə attestatı, yaxud xüsusi nümunəli attestat verilir. Ümumi təhsil haqqında dövlət sənədi – attestat növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.

 

Ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də (məktəbəhazırlıq qruplarında oktyabrın 1-də başlayıb mayın 31-də) başa çatır.

Əlavə Məlumat

Son beş ildə 600-dən çox, 2003-cü ildən bəri isə 3200-dən çox məktəb binası tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.

 

29 mart 2019-cu il tarixində “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflərdən biri də səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması olmuşdur. Bununla əlaqədar, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın təkmilləşdirilmiş variantı hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” nda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə dəyişiklik edilərək yenilənmişdir. Hazırda müvafiq fənlər üzrə kurikulumlar hazırlanır.