• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ACCESSIBILITY

“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə “PolyUp” Azərbaycan müsabiqəsi keçiriləcək. 

 

“PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə, dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edəcək, eləcə də, yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər.

 

IV-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqənin cari il üzrə mövzusu “Tullantıların təkrar emalının idarə edilməsi” adlanır. Şagirdlər platformada mövzu üzrə sinif səviyyələrinə uyğun müxtəlif tapşırıqları yerinə yetirməli və “Poly” xallar toplamalıdırlar.  Müsabiqənin sonunda ən çox xal toplayan şagirdlər qalib elan olunacaq və keçiriləcək “PolyFest” tədbirində dəyərli hədiyyələrlə təltif olunacaqlar.

 

Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün https://az.polychallenge.org/ internet səhifəsinə müraciət  etmək mümkündür.

 


03.11.2021 - 11:44