Sağlam təhsil - sağlam millət
“Sağlam təhsil – sağlam millət” layihəsi 2014-2015-ci dərs ilindən 6 məktəbin 15 birinci sinfində Təhsil Nazirliyinin pilot layihəsi olaraq fəaliyyətə başlamışdır.
Layihə “Milli Təhsil Texnologiyaları Mərkəzi” ictimai birliyi tərəfindən həyata keçirilir.
Ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam təhsil–sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.
“Sağlam təhsil – sağlam millət” layihəsi 2014-2015-ci dərs ilindən 6 məktəbin 15 birinci sinfində tətbiq edilməyə başlayıb. Növbəti 2015-2016-cı dərs ilində daha 29 məktəb layihəyə qoşuldu. Hazırda "Sağlam təhsil - sağlam millət" layihəsinin tətbiq olunduğu ümumi 50 məktəb mövcuddur ki, bunlardan 39-u ümumitəhsil müəssisəsi (adi məktəb), 7-si xüsusi məktəb və 4 -ü isə inklüziv məktəbdir.