• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ACCESSIBILITY

İcma əsaslı məktəbəqədər təhsilin inkişafı


2017-ci ildən başlayaraq “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra edilir.

 

Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqların yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.


Həmçinin, layihə məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədini daşıyır. Burada əsasən vətəndaş cəmiyyətinin məktəbəqədər təhsil xidmətləri göstərməsində potensialının və iştirakının gücləndirilməsi, həmçinin valideynlərin təhsil xidmətlərinin idarəedilməsində və monitorinqində iştirakını dəstəkləyir.


2020-21-ci tədris ilində 179 yeni qrupun fəaliyyətə başlaması ilə ümumi sayı 500-ə çatan İcma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Cari tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən layihə respublikanın 50 şəhər və rayonunda icra olunur.


Mərkəzlərdə 3-4 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil üzrə hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə dərslər təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqram uşaqların 4 inkişaf sahəsini  əhatə edir: sosial-emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı inkişaf və fiziki inkişaf.


Layihə çərçivəsində valideynlərin uşaqların məktəbəqədər dövrünə dair müxtəlif mövzularda maarifləndirilməsi məqsədilə “ilk5il” platforması yaradılıb:


Vebsayt: www.ilk5il.az

Mobil tətbiq: www.ilk5il.az/app

Instagram: www.instagram.com/ilk5il


Layihə çərçivəsində məktəbəqədər yaşlı uşaqlar üçün “Oynayırıq və öyrənirik”, “Nazlı və dostları” və “Nağıl bağı”, valideynlər üçün isə “Bilmək istərdim ki” verilişi hazırlanıb. Bütün verilişləri layihənin “YouTube” kanalında izləyə bilərsiniz.