• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

SPECIAL ANNOUNCEMENT

Education in Serbia Intergovernmental Scholarship Program 2021spring semester

10 January 2020, 18:13

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.   İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 300-dən çox müraciət müsbət həllini tapıb.  

Media nümayəndələri üçün “Qalib müəllim” müsabiqəsi

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.   19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.   Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir: - “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk; - “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək  press@edu.gov.az  elektron ünvanına  göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.   Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.

“Bizim sevimli dostlarımız” fotomüsabiqəsi davam edir

“Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi davam edir. 5 aprel – 5 may tarixlərini əhatə edən müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir.   Müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-17) üzrə 3 mərhələdə keçirilir:   I mərhələ - 5-25 aprel 2021-ci il. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş 1 fotoşəkil və iştirakçı haqqında məlumat bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına göndərilməlidir.   II mərhələ - 25-29 aprel 2021-ci il. Bu mərhələdə qaliblər müəyyən edilir.   III mərhələ - 5 may 2021-ci il. Bu mərhələdə müsabiqənin yekunu və qaliblər haqqında məlumatlar kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.   Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Fotoşəkillər qeyd olunan mövzuya uyğun çəkilməlidir (təbiətdə və ev şəraitində olan heyvan və quşların fotosu); - Fotoşəkillər ekopark, zoopark, meşə, qoruq, park və bağlarda çəkilə bilər; - Fotoşəkil məktəbli (dərnək üzvü) tərəfindən çəkilməlidir. Professional və ya peşəkarlar tərəfindən çəkilən və internetdən götürülən fotoşəkillər qəbul edilmir; - Fotoşəkil telefon, planşet və ya fotokamera ilə çəkilə bilər; - Fotolar aydın və keyfiyyətli çəkilməlidir; - Fotoşəkillərin həcmi 3-4 mb-dan az olmamalıdır; - Müsabiqəyə hər müəssisədən yaş qrupları üzrə 1 iştirakçı yalnız 1 rəsm işi təqdim etməlidir; - Fotolar və iştirakçı haqqında məlumatı (adı, soyadı, yaşı, təhsil aldığı məktəb və ya məşğul olduğu müəssisənin adı, yaşadığı şəhərin, rayonun adı) müsabiqənin təşkilat komitəsinin bizim.sevimli.dostlarimiz.2021@gmail.com elektron ünvanına  göndərilməlidir.   Müsabiqənin qalibləri və fəal iştirakçıları Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Məqsəd uşaq və gənclərdə foto sənətinə maraq yaratmaq, onların asudə vaxtını səmərəli və faydalı təşkil etmək, yaradıcılıq potensiallarını inkişaf etdirmək, həmçinin istedadlı uşaq və gəncləri üzə çıxarmaqdan ibarətdir.

Qrant müsabiqəsinə qeydiyyat üçün son iki gün

"“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.   Müsabiqədə iştirak üçün son tarix 20 aprel 2021-ci il saat 18:00 nəzərdə tutulub. Namizədlər qeyd edilən tarixədək müvafiq sənədləri  saglamtehsil@edu.gov.az elektron ünvanına göndərməlidirlər.    Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Peşə təhsili müəssisələrinə işə qəbul davam edir

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir. Proses 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçirilir.   Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.    Elektron qeydiyyat prosesinin qaydaları barədə aşağıdakı videotəlimat vasitəsilə daha ətraflı tanış ola bilərsiniz.

"Yaşıl Marafon” çərçivəsində Xocasəndə ağac əkilib

Aprelin 17-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.   Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Təhsil Nazirliyinin əməkdaşları da qoşulub.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Təhsil Nazirliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 650-dən çox müxtəlif cinsli ağac əkilib.   Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkiləcək.

Dəb texnologiyaları üzrə müsabiqəyə start verilir

"WorldSkills Azerbaijan" platforması 14-25 yaşlı yaradıcı gənclər üçün dəb texnologiyaları üzrə “Fantaziyanı biç, çantaya çevir” adlı müsabiqə elan edir. Müsabiqənin məqsədi dəb texnologiyaları ixtisasına gənclərin marağını artırmaq və sözügedən ixtisasın inkişafına töhfə verməkdən ibarətdir.   İştirakçılar müsabiqə şərtlərinə əməl etməklə eko çanta hazırlayaraq əl işlərini təhvil verməlidirlər. İki mərhələli qiymətləndirmə prosesindən ibarət olan müsabiqəyə qəbul olunmuş əl işləri ilkin olaraq "WorldSkills Azerbaijan" platformasının "Facebook" səhifəsində yerləşdirilərək ictimai səsverməyə çıxarılacaq, daha sonra isə peşəkar münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.   Müsabiqənin qalibləri pul mükafatı, eləcə də müsabiqənin sponsoru olan "Sinteks" şirkəti tərəfindən hədiyyə kartları və sözügedən şirkətdə təcrübə imkanı qazanacaqlar.   Müsabiqə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə  daxil olmağınız xahiş olunur.                                                                    Qeyd edək ki, "WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.  

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində görüş keçirilib

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi arasında görüş keçirilib.   Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, sektor müdiri Ayla Həsənova, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov və şirkətin nümayəndələri iştirak ediblər.   Görüş çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə cari tədris ilində görülən işlərin hesabatı, tədrisin keyfiyyəti üzrə tədqiqat nəticələri təqdim olunub və növbəti tədris ili üçün nəzərdə tutulan işlərin planları müzakirə olunub. Eyni zamanda, layihə çərçivəsində cari ildə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması üzrə keçirilən təlimlər, şagirdlərin alqoritmik düşüncə, layihə işləmə bacarıqlarını inkişaf etdirən müsabiqələr barədə məlumat verilib.   Qeyd edək ki, cari tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 9 şəhər və rayonu əhatə edib. Hazırda layihədə 222 məktəbdən 120 min şagird iştirak edir. Layihənin uğurlu nəticələrini nəzərə alaraq əhatə dairəsi ildən-ilə daha da genişləndirilir.

Mey Mask “Yeni çağırışlar”da uğur təcrübəsini bölüşüb

“Yeni çağırışlar” müzakirə proqramının növbəti qonağı yazıçı, beynəlxalq bestseller müəllifi, dünyanın ikinci ən zəngin adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask olub.   Proqramda Mey Mask həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini paylaşıb, davamlı öyrənmənin onun və ailəsinin uğurlarındakı rolundan söhbət açıb.   “Belə-belə işlər”in informasiya dəstəyi ilə baş tutan görüşdə uğur sirrini ailəsi və zəhmətkeşliyi ilə əlaqələndirən xanım Mask bildirib ki, övladlarının uğuruna səbəb isə onların inadkar və əzmkarlığıdır.    Görüşün yekunununda  proqramın ənənəvi “Yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualına Mey Mask belə cavab verib: “Siz yeni çağırışları  yəqin ki qlobal miqyasda nəzərdə tutursunuz. Mən təmiz enerji və sağlam qidalanmanı, kişi və qadınların hüquqlarının bərabər şəkildə təmin olunmasını, iqlim dəyişikliyini, insanların bir-birinə qarşı mehriban və nəcib olmasını, ailə dəyərlərini qeyd edərdim. Sadalanası o qədər dəyərlər var ki, səkkiz guşəli ulduza necə sığdıracağımı bilmirəm. Amma 8 guşəni bu çağırışlarla tamamlamaq olar.  Yaxşı niyyətlə görülən işin qədrini bil, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə və indi başla”.   Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Bacarıq yarışlarının təşkilinə dəstək üçün anlaşma memorandumu

Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bacarıq yarışlarının təşkili üçün milli potensialın inkişaf etdirilməsi sahəsində Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə anlaşma memorandumu imzalayıb.   Memorandum çərçivəsində bacarıq yarışlarının keçirilməsi üçün mütəxəssis potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi, eləcə də Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakı və təcrübə mübadiləsi aparması nəzərdə tutulur. Bununla yanaşı, koreyalı mütəxəssislər azərbaycanlı gənc müsabiqəçilərin "WorldSkills International" təşkilatı tərəfindən təşkil olunan “Shanghai2022” bacarıq olimpiadasına hazırlıq prosesinə də dəstək verəcəklər.    Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov anlaşma memorandumunun əhəmiyyətini qeyd edib və bacarıq yarışlarının dolayı yolla Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrlar yetişməsinə töhfə verəcəyini vurğulayıb. Qeyd edilib ki, imzalanan əməkdaşlıq sənədi Azərbaycanda bacarıq yarışlarının keçirilməsi, "WorldSkills" standartlarının təhsildə tətbiqi və beynəlxalq bacarıq yarışlarına hazırlıq istiqamətində həyata keçirilən işlərə dəstək olacaq.    Tədbir zamanı həmçinin, Azərbaycan və Koreya hökumətlərinin birgə icra etdiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi layihəsi üzrə uğurlu əməkdaşlıq geniş müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində icra edilən işlər üzrə əldə edilən nəticələr müvafiq təşkilatların məsul şəxsləri tərəfindən tədbir iştirakçılarına təqdim edilib.

19/04/2021

More
19/04/2021

Media nümayəndələri üçün “#QalibMüəllim” müsabiqəsi - - - Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir. 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır. Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir: - “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk; - “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi; Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər; - Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək press@edu.gov.az elektron ünvanına göndərməlidir; - Hər iştirakçı bir videohekayə göndərə bilər; - Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır. Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər. #TəhsilNazirliyi #EduAz #Müsabiqə

More
19/04/2021

“Bizim sevimli dostlarımız” adlı onlayn respublika fotomüsabiqəsi davam edir. 5 aprel – 5 may tarixlərini əhatə edən müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilir. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3mZ1z18

More

Sayt test rejimində çalışır